- 397
Google Pixel 10-dan barmaq izi şoku!
Google Pixel 10 barmaq izi texnologiyasında inqilab edir: Daha sürətli, daha dəqiq!
Google Pixel 10 seriyası barmaq izi texnologiyasında yeni mərhələyə keçir. Keçən il təqdim edilən Pixel 9 modellərində optik barmaq izi skaneri bəzi cihazlarda ultrasəs texnologiyası ilə əvəzlənmişdi. Bu il isə Pixel 10 seriyası tamamilə ultrasəs barmaq izi skanerləri ilə gələcək və bu texnologiya əvvəlkindən daha sürətli və dəqiq olacaq.
Android Headlines-in yayımladığı məlumata əsasən, Pixel 10-un ultrasəs barmaq izi skaneri əvvəlkindən daha sürətlidir. Hərçənd, bu yeni skanerin təchizatçısı açıqlanmasa da, nəmlənmiş barmaqla belə barmaq izi ilə şifrə daxil etmədən cihazı açmaq daha asan olacaq. Bu da istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Google bu yeniliyi təqdim etsə də, üz tanıma texnologiyasını da cihazlarda saxlayacaq. Bu funksiya hələ də Apple-ın Face ID texnologiyası qədər inkişaf etməsə də, bank tətbiqlərində istifadəyə yetərincə təhlükəsiz hesab edilir.
Məlumata görə, Google Pixel 10 seriyası 20 avqustda təqdim oluna bilər. Yeni cihazlar arasında Pixel 10, Pixel 10 Pro, Pixel 10 Pro XL və Pixel 10 Pro Fold modelləri olacaq. Qatlanan modelin isə keçən ildə olduğu kimi, barmaq izi skaneri cihazın yan hissəsində yerləşəcək.