TELEFONSATISI.AZ - Elan yerləşdir
  • 182

Snapdragon 7 Gen 4 təqdim olundu

Snapdragon 7 Gen 4 təqdim olundu – Orta seqmentdə güclü performans və süni intellekt dəstəyi

Qualcomm yeni nəsil Snapdragon 7 Gen 4 prosessorunu təqdim edib və bu çip orta seqmentdə əhəmiyyətli performans artımı ilə diqqət çəkir. TSMC-nin 4nm texnologiyası ilə istehsal olunan bu yeni yonga, əvvəlki nəsil Snapdragon 7 Gen 3-ə nisbətən təxminən %27 daha yüksək CPU performansı təklif edir.

Snapdragon 7 Gen 4, 1+3+4 nüvə dizilimi ilə gəlir: bir 2.8 GHz-lik Cortex-A720, üç 2.4 GHz-lik A720 və dörd 1.84 GHz-lik Cortex-A520 nüvəsi ilə təchiz olunub. Bu tərtibat prosessorun həm güclü, həm də enerji baxımından effektiv olmasını təmin edir.

Yeni yonga seti süni intellekt performansı baxımından da ciddi irəliləyişlər göstərir. Çipset, böyük dil modellərini birbaşa cihaz üzərində işlətmək imkanına malikdir. Həmçinin, Stable Diffusion əsasında vizual generasiya dəstəyi olan ilk Snapdragon 7 seriyası çipidir. Qualcomm bildirir ki, bu model əvvəlki nəsildən %65 daha yüksək süni intellekt gücünə malikdir.

Adreno GPU da təkmilləşdirilərək əvvəlki versiyaya görə %30 daha güclü qrafik performans təmin edir. Bu GPU, OpenGL ES 3.2, Vulkan 1.3, HDR10+, HDR10 və HLG kimi texnologiyalara dəstək verir.

Kamera tərəfində 200 MP-yə qədər şəkil çəkmə, 4K HDR 60 fps video yazımı, və AI əsaslı avtomatik fokus, ağ balansı, pozlama və stabilləşdirmə funksiyaları mövcuddur – bunlar Snapdragon 7 seriyası üçün ilkdir.

Texniki göstəricilər arasında 16 GB-a qədər LPDDR5x RAM, UFS 3.1 yaddaş, 144 Hz yeniləmə tezliyi, və WQHD+ ekran dəstəyi var. Bundan əlavə, Snapdragon 5G Modem, Wi-Fi 7, Bluetooth 6.0, aptX Lossless, Qualcomm Aqstic Hi-Fi DACQuick Charge 5 texnologiyaları ilə gəlir.

Yeni modeldə ilk dəfə Qualcomm XPAN texnologiyası da yer alır. Bu funksiya ilə telefonunuz başqa otaqda və ya mərtəbədə olsa belə, səs və məlumat ötürülməsi fasiləsiz davam edir.

Snapdragon 7 Gen 4-ün istifadə ediləcəyi ilk smartfonlar Honor 400Vivo S30 olacaq. Bu cihazların bu ay ərzində təqdim olunması gözlənilir.